12-06-2023, 12:54 564

Prezident İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib.

"Report" xəbər verir ki, Xalq artistini təbrik edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır.

Oqtay Mirqasımov: Minnətdaram.

Prezident İlham Əliyev: Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə “Şöhrət”, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün - yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan “İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm.

x x x

Dövlətimizin başçısı “İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Oqtay Mirqasımov: Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük - həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.

Paylaş

Xəbər lenti

"Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Dünən, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Dünən, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Dünən, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Dünən, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Dünən, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Dünən, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Dünən, 11:48 Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR