17-06-2023, 20:40 893

Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işinə başlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə olaraq Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

“AVESTA.AZ” xəbər verir ki, Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Simpoziumun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə qurumlarının rəhbərləri, nazirlər, xaricdə yaşayan və çalışan həkimlər, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, tanınmış həkimlər, özəl, dövlət tibb müəssisələrinin direktorları və digərləri iştirak ediblər.

Simpoziumda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin səhiyyənin inkişafındakı roluna həsr edilən “Vətənin Təbibi” adlı filmin nümayişi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Səhiyyə naziri Teymur Musayev çıxış edərək belə böyük miqyaslı tədbirin keçirilməsinin və müstəqil Azərbaycan səhiyyəsinin memarı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının önəmini vurğulayıb:

“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü bizim üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki bu peşə bayramı bir tərəfdən cəmiyyətin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin ifadəsidirsə, digər tərəfdən Azərbaycanın tibb ictimaiyyətinə şəxsən Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir. Dünyadakı Azərbaycanlı Təbiblərin Simpozimunun gündəliyi də həm elmi, həm də mədəni baxımdan zəngindir. Simpoziumun respublikamızda və ondan kənarda çalışan tibb mütəxəssisləri arasında peşəkar münasibətlərin gücləndirilməsinə, tibbin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə, həmvətənilərimiz arasında həmrəylik mühitinin inkişafına töhfələr verəcəyinə əminəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev çıxışında səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığortanın ölkə üzrə tətbiqinin əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırdığını, vətəndaşların səhiyyə sistemindən məmnunluq səviyyəsini artırdığını söyləyib. Həmçinin o, belə genişmiqyaslı tədbirlərin Azərbaycanda tibbin inkişafına töhfə olduğunu deyib:

“Tibb müəssisələrində, xüsusən də bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində davamlı addımlar atılır. Xaricdə təhsil almış 66 həkim-mütəxəssis artıq Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Ağdaş və Şəki rayonlarında yerləşən dövlət tibb müəssisələrində işə qəbul olunublar. Onlardan 42-si cərrahi, 24-ü terapevtik profillər üzrə ixtisaslaşmış həkimlərdir. Bu yaxınlarda proqramın müddəti daha bir il uzadılıb. Bu proqram, eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının tətbiqi və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək son illərdə tibb sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Vətən müharibəsində və icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin yüksək səviyyədə qurulması ilə bağlı çıxış edib:

“Bu gün tibb sahəsində dünyada gedən sürətli inkişafla ayaqlaşmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılması prioritet təşkil edir. TƏBİB insan kapitalının mütəmadi inkişaf etdirilməsinə və yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasına böyük diqqət yetirir. Yüksək keyfiyyətli tibbi xidmətlərin təşkili ilk növbədə peşəkar mütəxəssislərin səmərəli fəaliyyəti ilə bağlıdır. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 389 nəfəri tibb heyətidir. Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib.

Hazırda xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu da aparılmaqdadır. Həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkimlərimiz işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov vaxtilə Ulu Öndər Heydər Əliyevin təhsil üçün xaricə göndərdiyi gənclər arasında olmağın məmnunluğunu dilə gətirib.

Elm və təhsil naziri Emin Əmrullayev tibb təhsilinə hər zaman xüsusi diqqət yetirildiyini vurğulayıb:

“Xaricdə təhsil proqramları çərçivəsində 19 ölkənin 105 ali təhsil müəssəsində 917 nəfər tibb təhsili alıb. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda tibb təhsilinin kifayət qədər inkişafı müşahidə olunur. Burada bir neçə prinsip önəmlidir. Ən vacib amillərdən biri tibb təhsilinin əlçatan olmasıdır. Yəni savadlı, bacarıqlı məzunlar həkimlik ixtisasını seçəndə maliyyə onlar üçün maneəyə çevrilməsin. Bu istiqamətdə son illər ərzində hər il dövlət sifarişli yerlərin sayı artırılmaqdadır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında hazırda 2 minə yaxın həkimin xarici ölkələrində çalışdıqlarını qeyd edib.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli isə Ulu Öndərin səhiyyə və tibb təhsili sahəsindəki görüdüyü işlərin önəmindən danışıb:

"Azərbaycan Tibb Universitetində peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb. Ailə təbabəti kafedrası isə yenidən qurulub”.

Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının həkimi, cərrah-onkoloq, t.ü.f.d, dosent Vüqar Yaqublu isə çıxışında Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlardan məmnunluğunu dilə gətirib:

“Azərbaycan Gənclərinin 2-ci forumunda tibb tələbəsi olaraq Ulu Öndərin qarşısında çıxış etmişdim və illər sonra belə böyük auditoriyada Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə yenidən çıxış etmək imkanı qazandığıma görə çox şadam. Azərbaycan səhiyyəsinin gələcəyini parlaq görürəm. Bu sahədə biz də xaricdə yaşayan həkimlər olaraq əlimizi daşın altına qoymağa hazırıq”.

İstanbul Liv Hospitalının Beynəlxalq Xəstə xidmətləri qrupunun həkimi, Vətən müharibəsinin könüllü iştirakçısı Tural Xaspolad şəhid tibb işçilərindən söz açıb:

“Vətən müharibəsində iştirak edən həkimlərimiz sübut etdilər ki, Azərbaycan həkimi isti otağını səngərə, ağ xalatını hərbi formaya dəyişərək Vətənin keşiyində dayana bilər. Vətən dardadırsa, biz rahat ola bilməzdik. Mən özüm Füzulidən Şuşayadək döyüş yolu keçmişəm”.

Tural Xaspolad Azərbaycanda tibb sahəsinin çox inkişaf etdiyini, bu müsbət dəyişikliklərin xaricdə yaşayan həkimlər olaraq onları çox sevindirdiyini və zərurət yaranarssa, onlar da Azərbaycan səhiyyəsinin inkişafında öz töhfələrini bəxş etməyə hazır olduqlarını deyib.

Simpozimun təntənəli açılış mərasimi daha sonra bədii hissə ilə davam edib.

Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Tədbirdə dünyanın 13 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

Simpozium iyunun 22-də işini yekunlaşdıracaq.

Paylaş

Xəbər lenti

Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR