26-02-2024, 15:59 497

Yeni qanun layihəsinin qəbulu bələdiyyələrin fəaliyyətinin yüksəldilməsinə təkan verəcək - RƏY

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirib.

Deputat “AVESTA.AZ”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələr maliyyə bazası olmayan yerli idarəetmə orqanları kimi özlərini doğrultmurlar.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır: "Bir çoxları deyir ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti yüksəldilməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidir: “Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Ancaq hələ də onların sayı çoxdur. Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orda 250-300 bələdiyyə fəaliyyət göstərir. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”.

T.Rzayev vurğulayıb ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək: “Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətləndirilir, lakin belə deyil. Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

Paylaş

Xəbər lenti

Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48 Sumqayıtda beş avtomobil toqquşub Dünən, 17:48 Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb Dünən, 17:48 Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub Dünən, 17:48 Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb Dünən, 16:48 Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər? Dünən, 16:48 Səudiyyə Ərəbistanında beynəlxalq uçuşlar bərpa olunub Dünən, 16:48 Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir" Dünən, 15:48 Zelenski: Rusiya hücumları Ukraynanın 9 bölgəsində infrastruktura zərər vurub Dünən, 15:48 Azərbaycanlı futbolçu İspaniya klubu ilə 3 illik müqavilə imzaladı Dünən, 15:48 Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı Dünən, 14:48 Sürücülərə XƏBƏRDARLIQ - Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 14:48 "Qalatasaray"ın derbi motivasiyası: Qələbəyə görə 1,5 milyon avro MÜKAFAT Dünən, 14:48 Günel Zeynalova: "Anamla atam ailə qurmağımı istəyir" Dünən, 13:49 Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir Dünən, 13:48 "Sabah" "Qarabağ"ı qəbul edəcək Dünən, 13:48 İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqladı Dünən, 13:48 Xəzər dənizi geri çəkilir: Dağıstanın quru ərazisi 3 min kvadratkilometr artıb Dünən, 13:48 Güləşçilərimiz dünya çempionatında 1/4 finala yüksəliblər Dünən, 12:48 Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Bakıda aksiya keçiriblər Dünən, 12:48 Azərbaycanda universitet müəllimi VƏFAT ETDİ Dünən, 12:48 Reper Navai saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı Dünən, 12:48 Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR