12-03-2024, 20:28 604

Qaydar Abdikerimov: “Orta Dəhliz boyunca rəqəmsal platforma 2025-ci ilədək istifadəyə veriləcək”

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca rəqəmsal platforma (kəsintisiz rəqəmsal dəhliz) yaradılır və o, bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək.

“Report” xəbər verir ki, bunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır və o, bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub.

Q.Abdikerimov həmçinin fevral ayında “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli dəmir yolu şirkəti ilə Çinin “Huawei” şirkəti tərəfindən yaradılmış İnnovasiya Mərkəzinin açılışını da xatırladıb. Bu layihənin TITR-in inkişafına yeni təkan verəcəyi və Avrasiyada ticari-iqtisadi əməkdaşlığı gücləndirəcəyi gözlənilir.

İnnovasiya Mərkəzi dəmir yolu nəqliyyatının səmərəliliyini artırmaq üçün rəqəmsal həllər təqdim edən “Smart Railway” layihəsini həyata keçirmək üçün yaradılıb.

Q.Abdikərimov eyni zamanda yaxın gələcək üçün dəmir yollarının və limanların inkişafı ilə bağlı planları da açıqlayıb: “Hazırda ümumi dəyəri 6,5 milyard ABŞ dolları olan infrastruktur layihələri, o cümlədən Dostıq-Aktoqay-Moyıntı və Şalkar-Beyneu-Mangistau dəmir yolu qovşaqlarının ikinci xəttinin, həmçinin Almatı dolama dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihələr tıxac problemlərini həll etməklə gələcək nəqliyyat dəhlizlərində əhəmiyyətli irəliləyişlər vəd edir. Bu kimi infrastruktur layihələri nəqliyyat sıxlığının azaldılması və aradan qaldırılması üçün vacibdir”.

Onun sözlərinə görə, hazırda Aktau limanında böyük konteyner qovşağının tikintisi, eləcə də orada və Kurık limanında su havanının dərinləşdirilməsi üzrə səylər davam etdirilir, bundan əlavə, buğda terminallarının tikintisi davam etdirilir.

“Orta Dəhliz üzrə yük axınının 80 %-i Qazaxıstandan gəlir. Qazaxıstanın ixracına neft və neft məhsulları, əlvan metallar, taxıl məhsulları, buğda, kükürd daxildir - bütün bunlar Orta Dəhliz vasitəsilə reallaşdırılır”, - Q.Abdikerimov bildirib.

Qeyd edək ki, Azərbaycan Qazaxıstan nefti və uranının aşınma məntəqəsi olmaqla yanaşı, Qazaxıstan mallarının, o cümlədən buğdanın istehlakçısı kimi çıxış edir.

TITR Beynəlxalq Assosiasiyası 2017-ci ildə yaradılıb. Əvvəlcə 3 ölkədə - Qazaxıstan, Azərbaycan və Gürcüstanda 7 şirkətlə qurulan bu qurum hazırda 25 infrastruktur və logistika şirkəti ilə 11 ölkəni əhatə edir.

Paylaş

Xəbər lenti

İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur Bu gün, 11:48 Ramin Məmmədov: "Dini abidələrin bərpası keçmişə ehtiramın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir" Bu gün, 11:48 Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb Bu gün, 11:48 İşğal dövründə məhv edilmiş mədəni irs nümunələrinin bərpası xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasıdır Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankı maliyyə qruplarının da fəaliyyətinə nəzarət edəcək Bu gün, 11:48 "Həzi Aslanov" stansiyasının dalanında əsaslı yenidənqurma işləri nə vaxt yekunlaşacaq? Bu gün, 11:48 Mikayıl Cabbarov: "Milli iqtisadiyyatın mürəkkəbliyini artırmaq istəyirik" Bu gün, 11:48 Adil Kərimli: "Yeni tikililər, yeni infrastruktur layihələri tarixi binalara, tarixi abidələrə ciddi təhdid törətmiş olur" Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Dini abidələr Azərbaycanın memarlıq irsinin ən əhəmiyyətli və mühüm hissələrindən biridir" Bu gün, 11:48 Adil Kərimli: "Tarixi-dini ibadət məkanları iki istiqamətdən nəzərdən keçirilir" Bu gün, 11:48 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb Bu gün, 11:48 Gülçöhrə Məmmədova: "Xüsusi diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə yönəldilir" Bu gün, 11:48 Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA Bu gün, 10:48 JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi Bu gün, 10:48 Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat Bu gün, 10:48 Ferhat Göçerin 20 yaşlı oğlu universiteti fərqlənmə diplomu ilə bitirdi Bu gün, 10:48 Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlarvə perspektivlər" mövzusunda konfrans keçirilir Bu gün, 10:48 Azərbaycan Hindistana neft ixracından qazancını 500 dəfədən çox artırıb Bu gün, 10:48 AZAL Aktöbəyə ilk birbaşa uçuşunu həyata keçirib Bu gün, 10:48 Azərbaycanda əhalinin sayı 0,14 % artıb Bu gün, 10:48 Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir Bu gün, 10:48 İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu Bu gün, 10:48 Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub Bu gün, 09:48 Avropa Liqasında böyük futbol gecəsi: "Beşiktaş", "Yuventus" və "Kristal Pelas" meydana çıxır Bu gün, 09:48 87 yaşlı Əməkdar incəsənət xadimi vəfat etdi Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar Bu gün, 09:48 Lionel Messi karyerasında 49-cu titulunu qazanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 122 dollara düşüb Bu gün, 09:48 Yevlaxda 91 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb Bu gün, 09:48 Bakının 17 istiqamətində tıxac yaranıb Bu gün, 08:48 FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb Bu gün, 08:48 Bu ərazilərdə işıq kəsiləcək Bu gün, 00:48 "TikTok"dakı hədə-qorxu videosuna tələbələrdən REAKSİYA Dünən, 23:48 Yaxın 4 ildə ARDNF-dən büdcəyə transfert 9 milyard manata endiriləcək Dünən, 23:48 Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır Dünən, 23:48 Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü Dünən, 23:48 "Məni iki dəfə vurdu, sonra boğdu" - Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib? Dünən, 23:48 Azərbaycanın Polşadakı səfirliyi pasportların dəyişdirilməsi ilə bağlı qəbul keçirəcək Dünən, 23:48 Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Dünən, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Dünən, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Dünən, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Dünən, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Dünən, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Dünən, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Dünən, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR