
Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.
Bundan əvvəl Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa ölkədə keçid hakimiyyətinin formalaşmasına başlandığını elan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.