25-02-2026, 20:48 277

Prezident: On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

AVESTA.AZ xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salam. Necəsiniz?

Kişi sakin: Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz.

Qadın sakin: Çox şükür.

Digər qadın sakin: Xoş gəldiniz Xocavəndə.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Qadın sakin: Çox şükür bu günümüzə, qədəmləriniz mübarək olsun.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Digər qadın sakin: Çox sağ olun, özümüzü xoşbəxt hiss edirik.

Kişi sakin: Sizin sayənizdə alınan bu torpaqlara xoş gəlmisiniz, biz də xoş gəlmişik.

Prezident İlham Əliyev: Bəli, siz məndən bir qədər tez gəlmisiniz - bir neçə gün.

Kişi sakin: Sağ olun, Allah Sizi var eləsin.

Qadın sakin: Amin!

Kişi sakin: Ən böyük xoşbəxtlikdir ki, Siz rəhmətlik atanızın vəsiyyətini yerinə yetirdiniz.

Prezident İlham Əliyev: Elədir, düzdür.

Kişi sakin: Sağ olun.

Prezident İlham Əliyev: Hamısı medallardır - Cəbrayıl, Şuşa, Füzuli, Xocavənd. Bütün torpaqları azad etmisiniz.

Vətən müharibəsinin iştirakçısı: Bəli, Sizin sayənizdə, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Vətən müharibəsinin iştirakçısı: Çox sağ olun.

Qadın sakin: Xoş gəlmisiniz, cənab Prezident. Çox sevinirik ki, bu xoşbəxt günü bizə yaşatdınız.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük.

Kişi sakin: Allah Sizi qorusun, cənab Prezident, yaşasın güclü Azərbaycan! Allah qorusun Sizi, ailənizlə birlikdə.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Sağ olun, cənab Prezident, təşəkkür edirik Sizə ki, bu torpaqları qaytardınız.

Prezident İlham Əliyev: Sağ olun. Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat yaşayacaqsınız, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız.

Sakinlər: Sizin sayənizdə, inşallah.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Sakinlər: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik. Ona görə artıq o ağır dövr geridə qaldı, arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.

İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə "Böyük Qayıdış" prosesi daha sürətlə gedəcək.

Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək.

Sakinlər: Amin, inşallah!

Prezident İlham Əliyev: Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq.

Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm.

Sakinlər: Çox sağ olun.

Qadın sakin: Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bu gün arzumuza çatmışıq. Özümüzü o qədər xoşbəxt hiss edirik ki, biz öz torpağımıza, Vətənimizə gəlmişik. Beş gündür burada yaşayırıq. Vallah, heç acmırıq, təmiz oksigenlə nəfəs alırıq.

Prezident İlham Əliyev: Hava görün necə gözəldir.

Qadın sakin: Çox sağ olun, şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına, Sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub, bu gün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss edirik.

Prezident İlham Əliyev: Çox şadam.

Qadın sakin: Çox sağ olun, Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz, Allah ona rəhmət eləsin, Allah Sizi qorusun, övladlarınızı qorusun!

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Bəli, buranın təbiəti çox gözəldir, havası təmizdir.

Kişi sakin: Bura Qarabağdır, cənnətdir.

Prezident İlham Əliyev: Siz işğal dövründə harada məskunlaşmışdınız?

Kişi sakin: Ağcabədidə.

Prezident İlham Əliyev: Ağcabədidə, dövlət tərəfindən verilmiş evdə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Siz də gəlin.

Birinci xanım Mehriban Əliyeva: Şəkil çəkdirək?

Prezident İlham Əliyev: Bəli, çəkdirək.

Birinci xanım Mehriban Əliyeva: Hamımız yerləşəcəyik?

Prezident İlham Əliyev: Bəli, gəlin.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident İlham Əliyev: Evlər necədir, yaxşıdır? Qaz var, işıq var, su var.

Sakinlər: Əladır, heç bir problem yoxdur, hər şey var.

Prezident İlham Əliyev: Həyətyanı sahələr də var.

Kişi sakin: Hamısı gözəldir. 15 sot həyətyanı sahə var, bundan artıq nə olmalıdır?

Prezident İlham Əliyev: 15 sot, hər şey əkə bilərsiniz.

Kişi sakin: Bəli, sağ olun. Mənim də adım İlhamdır.

Prezident İlham Əliyev: Eləmi? Çox yaxşı.

Qadın sakin: Amma bizim sakinlər həqiqətən qoçaq camaatdır. Hər bir şərait də yaradacaq, əkin-biçin, camaatımız çox qoçaq camaatdır.

Prezident İlham Əliyev: Bura təbii cənnətdir.

Kişi sakin: Allah Sizi qorusun, əsas məsələ odur ki, irəli gedək, amin!

Prezident İlham Əliyev: Elədir, elə də olacaq, ancaq irəli.

Sakinlər: Allah Prezidentimizi qorusun!

Qadın sakin: Cənab Prezident, neçə illər arzusunda olduğumuz, həsrətini çəkdiyimiz Xocavənd torpağında salamlayıram Sizi. Elimizə-obamıza, dədə-baba yurdumuza xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Qadın sakin: Bu gün biz çox xoşbəxtik, ən xoşbəxt günlərimizi yaşayırıq.

Prezident İlham Əliyev: Elədir, siz layiqsiniz buna. Bu torpaqlar 35 il işğal altında qalıb.

Qadın sakin: Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq.

Prezident İlham Əliyev: İnanırdınız.

Qadın sakin: Bəli, inanırdıq.

Kişi sakin: Azərbaycan torpağı nə qədər varsa, Siz də, ailəniz də o torpağın üstündə var olasınız. Allah Sizi Azərbaycan xalqının başı üstündən əskik etməsin, amin!

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra xalqımız sülh içində yaşayacaq, inşallah. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun.

Kişi sakin: Cənab Prezident, şəkil çəkdirə bilərik?

Prezident İlham Əliyev: Hə, çəkdirək.

Kişi sakin: 35 ildir gözləyirdik.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Şəhər tərəfdə.

Prezident İlham Əliyev: Bakıda?

Kişi sakin: Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.

Prezident İlham Əliyev: Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Ağcabədidə.

Qadın sakin: Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.

Prezident İlham Əliyev: Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?

Qadın sakin: Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.

Prezident İlham Əliyev: Orada şərait necə idi?

Qadın sakin: Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.

Digər qadın sakin: Torpağımızın yerini heç nə vermir.

Prezident İlham Əliyev: Əlbəttə.

Qadın sakin: Dərman atanlar da dərman atmır buraya gələndən.

Prezident İlham Əliyev: Bax, burada hava dərmandır.

Qadın sakin: Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!

Prezident İlham Əliyev: Bütün Qarabağ böyük bir kurort zonasıdır.

Qadın sakin: "Dəmir yumruq" həmişə yerində olsun!

Prezident İlham Əliyev: Olacaq!

Sakinlər: Sağ olun, fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Prezident İlham Əliyev: Çox sağ olun, sizə cansağlığı arzulayıram, xoşbəxt yaşayın.

Sakinlər: Sağ olun.

Kişi sakin: Yaxşı yol. Mən 59 təvəllüdəm, Siz 62.

Prezident İlham Əliyev: Mən 61-əm.

Qadın sakin: Mən də 61-əm.

Prezident İlham Əliyev: Həm adaşıq, həm yaşıdıq.

Qadın sakin: Nəvəmin də adı İlhamdır. Allah İlhamları qorusun!

Kişi sakin: Allah Sizi qorusun! Yaxşı yol, sağ-salamat.

Prezident İlham Əliyev: Sağ olun.

Paylaş

Xəbər lenti

Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Dünən, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Dünən, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Dünən, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Dünən, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Dünən, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Dünən, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Dünən, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Dünən, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Dünən, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Dünən, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Dünən, 17:48 Aliment məbləği müzakirə edildi Dünən, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Dünən, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Dünən, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Dünən, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Dünən, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Dünən, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Dünən, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Dünən, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Dünən, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Dünən, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR