
"Övladımın bu layihəyə pozitiv yanaşmasını görərək onu Dünya Çempionatında da dəstəkləyəcəm".
Bunu "Report"a açıqlamasında uşaqlar və yeniyetmələr arasında keçirilən startaplar üzrə Milli Çempionatın qalib komandasının üzvü Səlimə Məmmədlinin atası Fərid Məmmədov deyib.
O qeyd edib ki, bu kimi layihələr uşaqların öz potensialını kəşf etməsi üçün çox gözəl fürsətdir: "Ümid edirəm ki, qalib komanda Dünya Çempionatında da yaxşı nəticə göstərəcək. Valideynlərə məsləhət görərdim ki, bu kimi layihələrdə uşaqlarının özlərini sınaması üçün fürsət yaratsınlar. Sevincdirici haldır ki, Azərbaycanda bu kimi biznes məktəbləri var. Övladlarımızın bu yaşlardan belə zəhmətkeş olmaları onların gələcəkdə də biznes sahəsində uğur qazanmasına töhfə verəcək".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.