
"Uşaqlar və yeniyetmələr arasında keçirilən startap çempionatının qalibləri gələcəkdə öz bizneslərini qura bilərlər"
Bunu "Report"a açıqlamasında "MiniBoss" biznes məktəbinin direktoru Alina Xələfova deyib.
O bildirib ki, əsas məqsəd kiçik yaşlardan uşaqlara iqtisadi biliklər verməkdir: "Biz onlara kiçik yaşlardan biznes qurmağı, biznesi inkişaf etdirməyi və bu yolda keçəcəkləri maneələri öyrədirik. Uşaqlar il boyu həm praktiki, həm də, nəzəri biliklərə yiyələnirlər. Onlar həm də dil öyrənirlər".
A.Xələfova onu da bildirib ki, aprel ayında keçirilən forumda komandaların təqdim etdiyi startapları şirkətlər maraqla qarşılayıb, hətta şirkətlər yeniyetmələrin startaplarının təklif etdiyi məhsulları alıblar.
İyulun 16-20-də Şotlandiyada uşaqlar və yeniyetmələrin startapları üzrə Dünya Çempionatı keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.